"Siqaret çəkmək şəxsin özünün idarə etdiyi fərdi avtomobildə qadağan deyil".
Bunu Faktmedia.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, sadəcə, siqareti çəkib küçəyə atmaq qadağandır:
"Taksilərdə, ictimai nəqliyyatda istər sürücünün, istərsə də sərnişinlərin siqaret çəkməsi və çəkib yerə atması qadağandır. Siqareti yerə atan şəxslərə cərimə də tətbiq olunur".
Qeyd edək hələ 2018-ci ildə Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır. Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Rəna Həsənova