Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın NATO ölkələrinin Ukraynaya tədarük etdiyi Leopard tanklarının texniki xüsusiyyətlərini qiymətləndirməkdən çəkinib.
Faktmedia.az xəbər verir ki, bu barədə o, mətbuata açıqlaması zamanı məlumat verib.
Dmitri Peskov qeyd edib ki, bu müzakirəni hərbi mütəxəssislərin öhdəsinə buraxmaq daha yaxşıdır:
"Adı çəkilən maşınların texniki xüsusiyyətlərini hansısa formada müzakirə etməyi mümkün hesab etmirik, çünki biz ekspert deyilik. Bu müzakirəni hərbi mütəxəssislərə, yəni bizim Müdafiə Nazirliyinə həvalə edin".
Bəsti Məmməd