Xəbər verdiyimiz kimi, bu gün Bakı Konqres Mərkəzində türkiyəli müğənni Mahsun Kırmızıgülün konserti keçirilib.
Faktmedia.az xəbər verir ki, bir sıra maraqlı məqamların yadda qaldığı konsertdə M.Kırmızıgül dostu, azərbaycanlı iş adamı Mübariz Mənsimovu da yada salıb.
Belə ki, o, konsertdə səsləndirdiyi “Dağlar oy” mahnısını Mübariz Mənsimova ithaf etdiyini bildirib.