2022-ci ilin noyabrın 9-da qətl törətdiyi üçün həbs olunan meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri martın 9-da sona çatır.
Faktmedia.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsindən onun həbs müddətinin uzadılması ilə bağlı hər hansı müraciətin daxil olmadığı bildirilib.
Məlumata görə, R.Dağlının məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.