Tələbə qızı susdurmaq üçün, üzr istədib paylaşmağa məcbur ediblər.
Faktmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, tələbə Xanım Camalova "Pilgrim" şirkəti ilə 650 manat ödəniş qarşılığında xaricdə təhsil istiqamətində sənədləşmə işlərinin görülməsi üçün xidməti müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətin birinci vəzifəsi də X. Camalovanın sənədlərini toplayıb Macarıstan Təqaüdünə müraciət etmək idi. Amma elə ilk işdəcə xidmətlərinin "keyfiyyəti" üzə çıxıb. Nazirliyin müvafiq portalında tələbənin adına hesab açıblar amma müqaviləyə əsasən email və parolu tələbəyə verməyiblər. Sonradan məlum olub ki, sən demə, Təhsil Nazirliyi tələbəyə müsahibə təyin edib, onu gözləyib, amma şirkət bu haqda tələbəyə heç bir məlumat verməyib. Hələ bu azmış kimi, 1 ay ərzində "problem bizdə deyil, Təhsil Nazirliyinin sistemi işləmir" kimi yalanlarla səriştəsizliklərinə görə Təhsil Nazirliyini günahlandırıb dövlət qurumunu hədəf göstəriblər.
Təhsil Nazirliyindən məsələ ilə bağlı rəsmi olaraq məlumat alandan sonra isə məlum olub ki, təqsir tamamilə qarşı tərəfdə imiş, hətta Pilgrim şirkətinin və Aisa Aslanovanın səriştəsizliyinin qurbanı olan başqa tələbələr də varmış.
Tələbə öz hüquqlarını tələb etməyə başlayanda isə şirkət ona hədə-qorxu gəlməyə, qorxutmağa başlayıb.
Daha sonra X. Camalova öz profilində paylaşım edib. Paylaşım yayıldıqdan sonra tələbə qızı çağırıb ona hədə-qorxu gələrək ona yazılı şəkildə üzr istədiblər.
Rəna Həsənova