"Bildiyimiz kimi artıq xaricdə təhsil alan tələbələrin diplomların tanınmasında dəyişiklik olunub. Bu dəyişiklik martın 1-dən etibarən qüvvəyə minib. Dəyişiklik ondan ibarətdir ki, əvvəl xaricdə təhsil alanların dil səviyyəsi ölçülürdü, ancaq martın 1-dən etibarən bu nüans aradan qaldırıb".
Bunu Faktmedia.az-a təhsil eksperti Adil Vəliyev deyib. O bildirib ki, yəni dil səviyyəsi üzrə müsahibə və yaxud imtahan verilmir:
"İndi xaricdə təhsil alanların diplomların tanınmasında əsas meyarlardan biri müəyyən vaxt ərzində əyani və yaxud qiyabi olaraq həmin ölkə ərazisində olmasıdır. Yəni gediş-gəliş vaxtlarına diqqət yetirəcəklər. Diplomların tanınmasında o qədər də ciddi bir problem görünmür. Ancaq bu dəyişikliyə əsasən xarici pasportların sərhəd keçid baxışlarına diqqət yetirəcəklər. Bundan əlavə olaraq da Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən müsahibə olacaq. Bundan müsahibədən keçsə diplomları tanınmış sayılır".
Havar Şəfiyeva