Bir müddət əvvəl sərnişinlər "Baku Bus"ların sürücüləri barədə şikayət etmişdilər. Onlar marşrutların gecikməsi, sürücülərin kobud davranışı barədə bildirmişdilər.
Faktmedia.az-a şikayətlə bağlı "Baku Bus"MMC-yə müraciət ünvanlamışdı
Sorğunun cavabını təqdim edirik:
"Belə hallar olur, çünki marşrutlar, sürücülər çoxdur. Hansının necə davranması barədə yalnız sərnişinlər məlumat verdiyi halda bilirik. düzdür sürücülərlə olan treninqlərimizdə bu haqda danışıqlar aparılır. Sərnişinin müraciəti əsasında avtobusda quraşdırılan müşahidə kamerasına baxdıq. Sürücü buna görə cərimə edildi və töhmət verildi. Belə halla qarşılaşan sərnişinlərimizdən xahiş edirik ki, müraciət edib bildirsinlər"
Bəsti MƏMMƏD