Azərbaycanda rayonlardan gələn mikroavtobuslar da son dayanacaq kimi Bakı Beynəlxalq Avtovağzalı ərazsinə girəcəklər. Bu qərardan sonra sərnişinlər narahatdır. Çünki mikroavtobuslar sərnişinin olduğu ünvana gedir və ünvana aparırdı. Belə olmadıqda isə məcbur taksilərdən istifadə etməli olacaqlar.
Mövzu barədə Faktmedia.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu qərarı Yerüstü Nəqliyyat Agentliyi qəbul edir:
"Düşünürəm ki, bu əslində normaldır, belə də olmalıdır. İstər rayonlararası, istərsə də, şəhərlərarası işləyən sərnişin avtobusları və mikroavtobuslar avtovağzaldan avtovağzala hərəkət etməlidirlər".
Qeyd edək ki, rayonlararası işləyən iri avtobuslaravtovağzaldan avtovağzala hərəkət edir. Onlar üçün vahid qiymət cədvəli də mövcuddur. Lakin kiçik mikroavtobuslar üçün bilet qiymətləri yoxdur, bu avtomobil sahibinin öz istəyinə bağlıdır.
Azərbaycanın bütün bölgələrinə gedən avtobus marşurutlarının biletlərinin qiyməti 1.60 AZN-dən 10 AZN-ə qədər dəyişir.
Rəna Həsənova