Xəbər verdiyimiz kimi, Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli satılır. Məlumatda o da qeyd olunur ki, buna səbəb ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə bu proses başladılıb. Lakin bu gün marketlərdə gördüyümüz onu göstərir ki, heç də həmin torbaların pullu olması insanları qorxudub, istifadə edənlər elə edir.
Bu barədə Faktmedia.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, insanlar marketlərdən aldıqları məhsulları daşımaq üçün sellofan torbalardan istifadə edirlər:
"Həmin sellofan torbalar kassanın yanında olacaq, müştərinin marketdən aldığı məhsullar həmin torbalara yığılacaq. Məhsul neçə torbaya yığılacaqsa, müştəri həmin torbaların sayına görə pul ödəyəcək. Sellofan torbaların pullu olması təbii olaraq onlara olan tələbatı bir qədər azaldacaq. İnsanlar həmin torbalardan daha az, eyni zamanda daha qənaətli istifadə edəcəklər".
Rəna Həsənova