Azərbaycanda meşə ehtiyyatı azalsa da Ekologiya və Təbii Sərvətlər Nazirliyi saytında belə yazır: "Azərbaycan Respublikasının təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat fəaliyyətindən asılı olaraq respublikamızın ayrı-ayrı reqionlarında müxtəlif tip meşələrə rast gəlinir. Habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələridə mövcuddur. Şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələrdir".
Yazır ki, sanitariya-gigiyena üçün meşə sahəsi, yaşıllıq lazımdır. Amma ölkədə meşələr məhv edilir heç bir tədbir görülmür. Maraqlısı odur ki, nazirlikdə çalışan ekoloqlar da bildirir ki, Azərbaycanın "hər yanı meşəlikdir", "meşəmassivləri salınır".
Məsələn nümunə üçün Faktmedia.az-a danışan ekoloq Məhərrəm Mehtiyev belə deyir:
"Azərbaycanda meşə sahəsi 11,4 faiz təşkil edir. Yeni meşə massivləri salınır. Bu işləri Ekologiya və Təbii Sərvətlər Naziriyi görür".
Nazirlik saytında isə daha bir statistika təqdim edir: "Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni əhatə edir".
ETSN isə belə bir məqamı bölüşməyi də unutmur: "Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan vurulmuşdur".
Biz də ETSN-ə bildirmək istəyirik ki, bölgələrdə meşə ehtiyyatları məhv olub. Yanacaq üçün meşələr qəbristanlığa çevrilib. Əziyyət çəkib buna da tədbir görsünlər...
Bəsti MƏMMƏD