Lənkəran-Astara-Bakı magistral yolda ( "köhnə yol"), dəmir yolunun qırağında balıq, quş(bildirçin), dovşan, hətta siçan satanları görürük. Bu yoldan gedib-gələnlər belə faktla rastlaşmamış deyillər. Belə ovla məşğul olmaq isə istənilən heyvan populyasiyasını məhv edir.
Mövzu ilə bağlı Faktmedia.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, gün ərzində, müxtəlif vaxtlarda sözügedən ərazilərdə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin regional idarələrinin əməkdaşları ilə birgə monitorinq və müşahidələr aparılıb:
"Ərazilərdə heç bir quş və heyvan satışına rast gəlinməyib. Nəzarət tədbirləri davam etdirilir".
Doğrudur, ETSN-dən belə halın olmadığı deyilsə də, biz fotolar da təqdim edərik. Mövzunu diqqətdə saxlayacağıq.
Rəna Həsənova