Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi "Hədəf -15 Döş Nişanı"na layiq görülüb.
Faktmedia.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.
Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru doesnt Elvin Əliyev Heydər Əliyev və Müstəqil Azərbaycan Mediası haqqında çıxış etdi, giriş sözü ilə Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan Hədəf Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edib Hədəfə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirib.
Tədbirdə mediamızın tanınmış nümayəndələri Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vuqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Fuad Mədətov, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tomas, Rasim Sadıxov, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və s. iştirak etdi.
Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizi verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar liseyin Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış oldular.
Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirilib.