Hədəf Şirkətlər Qrupu Türkiyədə zəlzələ ilə bağlı qardaş ölkəyə yardım edib.
Faktmedia.az xəbər verir ki, şirkətin açıqlamasında bildirilir:
"Türkiyədəki dəhşətli zəlzələnin yaralarının sarınması üçün Azərbaycan xalqı əlindən gələni etdi. Hədəf şirkəti olaraq biz də ilk gündən qardaş dəstəyimizi əsirgəmədik.
Hədəf Şirkətlər Qrupu rəhbərliyi, işçisi, şagirdi, valideyni ilə yardım kampaniyasına qoşuldu. Şirkət olaraq hər kəs gücü çatan qədər əlini daşın altına qoydu. Qardaşa vəfa borcumuzu yerinə yetirmək üçün 34000 manat yardım topladıq.
Vəsaitin toplanmasında:
- 10000 manat Hədəf Liseyi MMC;
- 5000 manat Hədəf Kursları MMC;
- 1000 manat Hədəf Nəşrləri MMC;
- 1000 manat Xan Nəşriyyatı MMC;
- 1000 manat SİNKOD Yayın və Dağıtım Şirkətinin büdcəsindən;
- 8000 manat Hədəf STEAM Liseyi müəllim və şagirdlərindən;
- 8000 manat Hədəf Kursları müəllim və şagirdlərindən kömək gəldi.
Beləliklə, 377000 lirə vəsait toplandı.
Bu kiçik dəstəyimiz qardaşlarımızın halal xoşları olsun.
Hədəf ailəsinin hər bir üzvünə təşəkkür edirik.
Zəlzələdən dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik".