Bu gün Hədəf STEAM Liseyi Abşeron filialında liseyin Bilgəsi 7R2 sinif şagirdi Əzizə Səmədova direktorluq vəzifəsini icra edib.
Faktmedia.az xəbər verir ki, sıra xəttində balabilgələri salamladı, həftənin dəyəri haqqında məlumat verib
Daha sonra təsisçinin nümayəndəsi, icraçı direktor və direktor müavinləri ilə görüşü olub, onlarla müəyyən məsələləri müzakirə edib.
SAF STEAM Olimpiadasında yer tutan balabilgələrə sertifikatlarını təqdim edib.
Sinif bilgələri ilə həftəlik iclasını keçirib və həyata keçirəcəkləri layihə haqqında söhbət aparıblar. 8R2 sinfində “Ayın kitabı” layihəsi üzrə kitab müzakirəsində iştirak edib.
Qeyd edək ki, Bilgə layihəsi olan “Direktora məktub qutusu” da keçən həftədən fəaliyyətə başlayıb.