Türkiyəli yazıçı Azərbaycanda döş nişanı ilə təltif edildi Türkiyənin tanınmış uşaq yazıçısı, "Günəş yolu" nəşriyyatının direktoru, psixoloq Suat Turqut Hədəf Şirkətlər Qrupunun dəvəti ilə Azərbaycanda səfərdə olub.
Şirkətdən Faktmedia.az-a verilən məlumata görə, S.TUrqut səfər çərçivəsində ANAİB II Uşaq Kitab Festivalında iştirak edib. Bundan başqa Hədəf Liseyi, Hədəf Kursları və Xırdalan şəhər 7 nömrəli məktəbdə şagirdlər üçün “Böyük hədəflərə doğru” adlı təlim-terninqlər verib.
Suat Turqut Xırdalan Şəhər 7 nömrəli məktəb şagirdlərinin müəllifi olduğu "Dəyərlər" dəsti əsasında hazırladıqları yaradıcılıq gecəsində iştirak edib. Yazıçı türk dünyası uşaqlarının dəyərlərə sadiq böyüməsi üçün yazdığı əsərlər, verdiyi təlimlər və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələrə görə, Hədəf Şirkətlər Qrupunun 15 illik yubileyi münasibəti ilə təsis edilən “Hədəf-15” döş nişanı ilə təltif olunub.