Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentlik Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitunda yazıçı-tədqiqatçı Nargis İsmayılova ilə görüş keçirilib.
Faktmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə İnstitutun direktoru texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə açıb. Alim kitab oxumağın və mütaliənin faydalarından bəhs edib.
Daha sonra Nargisin "Qardələn" və "Metakədər" kitabları haqqında məlumat verilib. Sonra yazar gənc tədqiqatçılar üçün kitablarını imzalayıb.