Dünən yeni təyin olunmuş Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Lətif Zeyniyev işçilərin vəzifədən azad edilməsi ilə bağlı tapşırıq verib.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, o, şöbə müdirlərinin tez bir zamanda ərizə yazıb rəhbərliyə təqdim etmələrini istəyib.
Yeni direktor bildirib ki, onların yerinə yeni əvəzedicilər təyin ediləcək.
Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Lətif Zeyniyev dünən səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən vəzifəyə gətirilib.
Məsələ ilə bağlı saytımıza İnstitutun mətbuat xidməti nə təkzib, nə də təsdiq edib.
Rəna Həsənova