"Bu bir az mənim üçün maraqsızdır. Mən küçəyə, mağazaya və yaxud da harasa başqa bir yerə gedəndə mənə yaxınlaşırlar, kefimi soruşurlar, mənimlə şəkil çəkdirirlər, bu mənə kifayət edir. Amma elə insanlar var ki, Xalq yazıçısı olmamağı özünə dərd edir".
Bu fikirləri Faktmedia.az-a yazıçı Seyran Səxavət indiyə kimi nəyə görə Xalq yazıçısı adının ona verilməməsinə münasibət bildirən zaman deyib.
Yazıçı əlavə edib ki, AYB əslində kimi layiq bilirsə təqdim edir, təqdimat olur və o biri tərəfdə "yuxarı" necə bilirsə elə edir:
"Yəni, Azərbaycan Yazıçılar Birliyi yazıçıların həmişə qayğısına qalıb, qalır və qalacaqdır. Yazıçılar Birliyi milyarder təşkilat deyil. Azərbaycanda bir haram milyarder 100 dənə Yazıçılar Birliyini satın alar."
Yazıçı oxucularına müraciət də edib:
"Məni sevənlərə deyərsiniz Seyran Səxavət dedi ki, onların qadasını alım, veclərinə almasınlar, çox ad almışlardan məni daha çox sevirlər".
Rəna Həsənova