Baş Prokurorluq bir sıra media qurumlarında Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu barədə qurumun mətbuat xidmətindən Faktmedia.az-a bildirilib.
Qeyd olunub ki, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağandır.
Xatırladaq ki, S.Şahverdiyev yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamına əsasən işdən azad olunub. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.