Azərbaycan Dillər Universitetində oğlan tələbələrə yeni qadağa tətbiq olunub.
Faktmedia.az xəbər verir ki, oğlanlara saqqal saxlamaq qadağan edilib.
Bu barədə tələbələr sosial mediada paylaşım edib.
Tələbələrin sözlərinə görə, universitetdə oğlanların saqqal saxlamasını İran məsələləri ilə əlaqələndiriblər.
Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, bu qadağa yox tövsiyədir: "Qadağa ilə bağlı məlumatım yoxdur"
Sevinc Hüseynova