"Bu mərkəzin ləğv olunması indiki məqamda məqsədəuyğun deyil, onun təkmilləşdirilməsinə ehtiyac və qiymət siyasətinə baxılmasına ehtiyac var".
Bunu Faktmedia.az-a deputat Fazil Mustafa Dövlət İmtahan Mərkəzinin ləğv olunması ilə bağlı suala cavab verərkən deyib.
Deputat bildirib ki, ödəniş məsələsi müəyyən dərəcədə narazılıq yaradır:
"Hər dəfə imtahana girmək istəyən, xüsusilə də, aztəminatlı ailələr üçün ödəniş problem yaradır. Amma bu, mərkəzin ləğvi mənasına gələ bilməz. O zaman təhsil sistemimizdə qəbul və başqa məsələlərdə ciddi dəyişikliklər etmək lazımdır ki, bu da böyük bir islahat mənasına gəlir. Bizdə təhsillə bağlı hansısa bir geniş islahat nəzərdə tutulmayıb. Təhsilin indiki vəziyyəti, yaxud da, imtahanın bu formada keçirilməsi qane edir, çünki hədəfimiz yetkin bir təhsil sistemi qurmaq deyil".
Deputat əlavə edib ki, hansı mərhələdə olursa-olsun, təhsilin inkişafı barədə strateji bir düşüncə yoxdur:
"Ona görə də bu məsələlərdə imtahan mərkəzinin ləğvi çıxış yolu deyil. Hər halda biz yeni bir sistem qurmadan köhnəni dağıtmaq yoluna getməməliyik".
Rəna Həsənova