Son günlər ölkədə kənd məhsulları, ərzaq və digər qidalarln bahalaşması qeydə alınıb. Bahalşma bütün market şəbəkələrində hiss olunub. Bu barədə sosial şəbəkələrdə də paylaşımlar, müzakirələr başlanıb.
Məsələ ilə bağlı iqtisadçıya müraciət etdik. Faktmedia.az-a danışan ekspert Eldəniz Əmirov bildirib ki, kartofun qiyməti təkcə paytaxtda yox, ölkə üzrə belədir:
"Paytaxtda baha olub, regionlarda ucuz olsaydı ordan gətirib ucuz qiymətə satardılar. Qiymətlər mövsüm üzrə belə dəyişib. Həm də bu bir qlobal infilyasiyadır. Həm də anbarlarda ehtiyatların getdikcə azalması və yeni məhsulların bazarlara kütləvi olaraq çıxmamasına görə hazırki qiymət artırımlarına gətirib çıxardır".
Havar Şəfiyeva