Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktmedia.az xəbər verir ki, hadisə Mingəçevir "ASAN xidmət" mərkəzi qarşısında qeydə alınıb. Qarşı tərəfdən gələn "Hunday" markalı avtomobillə "VAZ21-06" markalı avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə zamanı sürücü və digər şəxslər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova