Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə baş vermiş yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
15-25
Bakıda açıq ərazi yanır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.