Ukraynanın xarici işlər naziri Kuleba ABŞ istehsalı olan uzunmənzilli ATACMS raketlərinin davamlı olaraq tədarük ediləcəyini açıqlayıb.
Nazir bunun Zelenski ilə Bayden arasında razılaşmanın nəticəsi olduğunu bildirib.
Kuleba qeyd edib ki, o, ümid edir ki, Ukrayna gələcəkdə 300 kilometr məsafədəki hədəfləri vura bilən ATACMS raketləri alacaq.
Ukrayna prezidenti Zelenski çərşənbə axşamı sosial media hesabında verdiyi açıqlamada Ukrayna ordusunun ATACMS raketlərindən istifadə etdiyini təsdiqləyib.
Xəyalə Xəlilova