“Titanik” gəmisinin qəzasına ekspedisiyası zamanı partlayan və 5 nəfərin ölümünə səbəb olan “Titan” sualtı gəmisinin qalıqlarının qalan hissəsi Atlantik okeanından çıxarılıb.
Faktmedia.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsi rəsmiləri sualtı qayığın son hissələrinin keçən həftə mühəndislər tərəfindən çıxarılaraq ABŞ-dakı limana aparıldığını açıqlayıb.
Səlahiyyətlilər "Titan" sualtı qayığının batması ilə bağlı beynəlxalq araşdırmaların davam etdiyinə diqqət çəkərək, gələcəkdə bununla bağlı açıqlama veriləcəyini bildirib.
Tibbi qrupların çıxarılan parçalardakı insan qalıqlarını araşdıracağı vurğulanıb.
Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında batan Titanik gəmisinə turistik səfər təşkil edən "OceanGate" adlı şirkətə məxsus "Titan" sualtı qayığı partlayaraq 5 nəfərin ölümünə səbəb olmuşdu.
Rəna Həsənova