Ayrı-ayrı NATO ölkələri NATO- Ukrayna Şurasının iclaslarına mane ola bilməyəcək.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü, iyulun 12-də Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
“Mən Şuraya sədrlik edəcəyəm və onun iclaslarını çağıracağam. Ona görə də ayrı-ayrı NATO ölkələri Ukrayna-NATO Şurasının iclaslarına mane ola bilməyəcək. Hər bir ölkə, o cümlədən Ukrayna da fövqəladə məsləhətləşmələr üçün bu görüşü çağıra biləcək. Bu, əvvəlki komissiyadan fərqdir”, - Stoltenberq bildirib.
Rəna Həsənova