İslandiyada seysmik aktivliyin artması ilə ölkənin cənub-qərb hissəsində yerləşən Faqradalsfyal vulkanı aktivləşib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İslandiyadakı Faqradalsfyal vulkanı 11 aydan sonra dünən yenidən püskürməyə başlayıb.
İslandiya Meteorologiya İdarəsindən verilən açıqlamada, "Püskürmə kiçik miqyaslıdır və vulkan hələ də atmosferə tüstü buraxmayıb. Vulkanın ətəyindəki çatlardan axan lava 200 metrlik bulaq yaradır" deyə bildirilib.
Litli-Hrutur dağlarına yaxın bir vadidə yerləşən vulkan paytaxt Reykyavikdən 30 kilometr aralıda, beynəlxalq uçuşların həyata keçirildiyi Keflavik hava limanının ətrafında yerləşir.
Qeyd edək ki, Faqradalsfyal vulkanı son iki ildə iki dəfə püskürsə də, maddi ziyana və ya uçuşların ləğvinə səbəb olmayıb.
Rəna Həsənova