ABŞ Dövlət Departamenti bir müddətdir ki, Türkiyəyə F-16 təyyarələrinin satışına açıq şəkildə dəstək verdiklərini açıqlayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, İsveçin NATO üzvlüyünün və F-16-ların satışının iki ayrı məsələ olduğunu qeyd edib.
"Bir müddətdir F-16 satışında Türkiyəni dəstəklədiyimizi açıq şəkildə elan etdiyimiz üçün onlara özəl görüşlərdə də deyirik. Ancaq biz bunu açıqlayırıq. Biz bunun belə olduğuna inanmırıq. Bir qrup Konqres üzvü var ki, bunun NATO üzvlüyü ilə əlaqəli olması lazım olduğuna inanırlar”.
Miller, Türkiyənin Avropa Birliyi (AB) hədəflərini dəstəkləməyə davam edəcəklərini və bunun AB ilə Türkiyə arasında bir məsələ olduğunu ifadə edib:
"ABŞ Türkiyənin AB-yə üzv olmaq istəyini hər zaman dəstəkləyib və dəstəkləməyə davam edir".
Xəyalə Xəlilova