"ABŞ Türkiyəyə "F-16" təyyarələri satmalıydı. Əsas məqam ondan ibarətdir ki, satmaqla bərabər, eyni zamanda onun yenidən qurulması ilə məşğul olmalı idi. Madriddə məhz NATO sammitinin yekun iclasında Bayden belə bir bəyənatla çıxış etdi və bildirdi ki, bu mütləq şəkildə baş verəcək. Çünki Prezident Cənab Ərdoğanla bağlı bu haqda danışıq olmuşdu. Hətta əminliklə bildirib ki, baş tutmaması üçün problem görmür”.
Bunu Faktmedia.az-a millət vəkili Arzu Nağıyev bildirib.
Siyasətçi qeyd edib ki, son vaxtlar ABŞ-ın bir qrup senatorları Baydendən xahiş ediblər ki, "F-16" təyyarələrinin satılması dayandırılsın:
“Onlar əsas problemi Ankaranın, İsveç və Finlandiyanın NATO-ya qəbul olunması məsələsinin ratfikasiya etməməsində görürdülər. Ona görə də hər 2 partiyadan 25 senator xahiş edib ki, bu layihə baş tutmasın. Burada əsas layihə ondan ibarətdir ki "F-16" təyyarələri satılmalıdır. Konqres bu məsləyə münasibətini bildirir ki, "F-16" təyyarələri o vaxt satılar, Türkiyə Skandinaviya ölkələrinin NATO-ya üzv olması haqqında məsələni mütləq şəkildə imzalasın. Məlumdur ki, Finladiya və İsveçin NATO-ya üzv qəbul olunması məsləsinə 5 iyul 2022-i ildə baxılıb. NATO-ya qəbul olunması haqqında belə bir qanun var, lakin o qərarlar ratfikasiya olunmalıdır. Bu gün alyansın tərkibinin dəyişdirilməsinə qarşı çıxan 2 dövlət var. Bunlar Türkiyə və Macarıstandır. Türkiyə bunu ona görə edir ki, PKK terrorizmdə şübhəli bilinən şəxsləri İsveç gizlədir, onlara dəstək verir ki, bir sıra fəaliyyətlərini həyata keçirsinlər. Bu çox ciddi məsələdir ona görə də Türkiyə bu ratfikasiyaya imza atmır. Ən böyük problem bundan ibarətdir. Ərdoğan o vaxt Vaşinqtona Türkiyəyə “F-16” qırıcı təyyarələrini verməsi haqqında “F-35”- in yenidən qurulması ilə bağlı invistisya proqramına qoşulmağı təklif etmişdi. Lakin Rusiyadan “F-400” alınandan sonra bu proqram ümumiyyətlə dayandı. ABŞ özü də narahat idi ki, Türkiyə “F-400” zenit raket komplekslərini Rusiyadan alır. Çünki Rusiya “F-35”-lər və digər sistem haqqında məlumat toplaya bilərdi. Bu gün birmənalı şəkildə Bayden “F-16” təyyarəsini satmaması haqqında qərar qəbul etməyib, sadəcə konqres ondan bunu xahiş edib. Yəqin ki, ortada Türkiyə və ABŞ rəhbərlərinin danışığı yenidən olmalıdır".
Bəsti Məmməd