NATO üzvlüyü ilə F-16 prosesi ayrı-ayrı mövzulardır. Bu məsələ konqresdə ilişib qalsa, buna uyğun bir qiymətləndirmə edəcəyik”
Bunu Prezidentin sözçüsü İbrahim Kalın Finlandiya və İsveçin NATO-ya üzvlüyü təsdiq olunmasa, ABŞ Konqresinin F-16-nın satışını təsdiqləməyəcəyi iddiasına cavab olaraq deyib.
"Biz bildirmişdik ki, atılacaq addımlar var. İsveç konstitusiya dəyişikliyi ilə qanunu yenidən yazır. İyun ayına qədər vaxt lazım olduğunu da bildirdilər. Türkiyənin atdığı addımlarda heç bir gecikmə yoxdur", - deyə Kalın əlavə edib.
Kalın bildirib ki, F-16 proqramını hava gücümüzü gücləndirmək üçün dəyərli bir alternativ olaraq görürük:
“ABŞ ilkin şərtlər irəli sürərsə, neytrallığını itirir. Biz öz milli resurslarımızla yeni texnologiyalar inkişaf etdirməyə davam edirik. Son illərdə PUA-larda da böyük irəliləyişlər əldə edilib. Bu imkanlarla Türkiyə çox böyük yol qət etdi. Biz milli təhlükəsizliyimizi və sərhəd təhlükəsizliyimizi təmin etmək üçün öz imkanlarımızı inkişaf etdirməyə davam edirik”.
"Biz əvvəldən həm Finlandiyaya, həm İsveçə, həm də NATO müttəfiqlərinə dedik. Əgər addımlar atılsa, onları cavabsız qoymayacağıq. Terror təmizlənməlidir. Kalın bildirib ki, F-16 proqramını hava gücümüzü gücləndirmək üçün dəyərli bir alternativ olaraq görürük: “ABŞ ilkin şərtlər irəli sürərsə, neytrallığını itirir. Biz öz milli resurslarımızla yeni texnologiyalar inkişaf etdirməyə davam edirik. Son illərdə PUA-larda da böyük irəliləyişlər əldə edilib. Bu imkanlarla Türkiyə çox böyük yol qət etdi. Biz milli təhlükəsizliyimizi və sərhəd təhlükəsizliyimizi təmin etmək üçün öz imkanlarımızı inkişaf etdirməyə davam edirik”, - o bildirib