NATO-nun Kosovodakı beynəlxalq sülhməramlı qüvvələrinin keçmiş komandanı, italiyalı general Fabio Mini bazar ertəsi TASS-a bildirib ki, ABŞ-ın Ukraynaya kasset sursatlarının təhvil verilməsi ilə bağlı qərarı suallar doğurur, çünki onlardan hərbi hədəflərə qarşı istifadə mənasızdır.
"Hərbi hədəflərə qarşı kasset bombalarının mənası yoxdur. Bu, insanların toplanmasına və ya qoşunların hərəkətinə mane olmaq üçün silahdır", - deyən general Kiyevin bu cür silahlardan istifadəsinin Rusiyanın cavab tədbirləri görməsinə səbəb ola biləcəyinə işarə edib.
Qeyd edək ki, ABŞ mətbuatında ABŞ-ın Ukraynaya kaset sursatları verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən BMT baş katibi Antonio Quterreşin sözçünün müavini Fərhan Haq bildirib ki, Quterreş kaset bombaları haqqında Konvensiyanı dəstəkləyir və döyüş meydanında bu cür silahlardan istifadənin əleyhinədir.
Faktmedia.az