Pakistanın Hayber Paxtunxva əyalətində torpaq sürüşməsi baş verib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində torpaq altında qalan 8 uşaq həyatını itirib, 1 uşaq isə yaralanıb.
Hayber Paxtunxva əyalətinin qanunlarına əsasən, ölən uşaqların ailələrinə 500 min rupi (47 min lirə) təzminat veriləcəyi açıqlanıb.
Xəyalə Xəlilova