"Düşmənçilik siyasəti" yürütdüyünə görə, daha çox rusiyalı diplomat ölkədən çıxarıla bilər"
Bu barədə Moldovanın xarici işlər naziri Nikolae Popesku deyib:
"Rusiyaya gəlincə, biz Moldovaya qarşı düşmənçilik, aqressiv, yanlış, hörmətsizlik siyasəti görürük. Ona görə də mən də daxil olmaqla, hamının, diplomat olan və ya başqa fəaliyyətlə məşğul olan, heç nə etməyən şəxslərin sayına sualları var. Rusiya ilə münasibətlərdəki problemləri həll edin və ya minimuma endirin”.
O, belə siyasət davam edərsə, ölkəsinin hakimiyyətinin rus diplomatlarını yenidən ölkədən çıxara biləcəyini istisna etməyib.
"Rusiya diplomatik missiyasının əməkdaşlarının bir neçə dəfə qovulması baş verib. Moldovaya qarşı qeyri-dost siyasət davam edərsa diplomatik cavab veriləcək", - Popesku bildirib.
Qeyd edək ki, bundan əvvəl Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları Rusiya diplomatlarının sayının azaldılmasına çağırıblar və bu addımı Moldovanın Moskvadakı səfirliyində 10-dan çox olmayan diplomatın, Rusiyanın Kişinyovdakı səfirliyində isə 30-a yaxın əməkdaşının olması ilə əlaqələndiriblər.
Sevinc Hüseynova