Moldova müdafiə naziri ölkəsi üçün qaçılmaz hərbi təhlükə görmür.
Faktmedia.az xəbər verir ki bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatii özü məlumat verib.
Nazir iddia edir ki, bu təhdidləri guya respublikada sabitliyi pozmağa çalışan Rusiya yaradır:
"Hazırda Moldova üçün hərbi təhlükə yoxdur, lakin ölkənin təhlükəsizliyinə təsir edən başqa təhdidlər var, bu hibrid müharibədir. Moldovada müxalifətin kütləvi mitinqləri ötən ildən davam edir, əsasən müxalifətdə olan Sor partiyası təşkil edir. Nümayişçilər ərzaq, qaz, işıq və istilik qiymətlərinin bir neçə dəfə bahalaşdığı iqtisadi böhrana görə hakimiyyəti günahlandırırlar”.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hökumətinin Rusiya əleyhinə olan hər şeyə önəm verdiyini və “anti-Rusiya isteriyasına sürükləndiyini” vurğulamışdı.
Bəsti Məmməd