Volkswagen Group Rus Rusiyada AGR brendi altında fəaliyyətini davam etdirəcək.
Bu barədə şirkət sosial hesabında məlumat yayıb.
"Volkswagen Group Rus adının AGR Automotive Group-a dəyişdiyini elan edib. Ad dəyişikliyindən sonra şirkət Rusiya bazarında fəaliyyətini davam etdirəcək və tam miqyaslı rebrendinq həyata keçirəcək", - şirkət qeyd edib.
Şirkətdən verilən məlumata görə, ad dəyişikliyi aktivlərin yeni sahibinə təhvil verildikdən sonra transformasiya və biznesin yenidən başlaması çərçivəsində ilk addım olub.
Qeyd edək ki, 2023-cü ilin may ayında Alman avtomobil istehsalçısı Rusiya aktivlərinin yerli investora satışını başa çatdırdırıb.
Havar Şəfiyeva