Astroloq Aleksandr Zarayev müsahibəsində Rusiya prezidenti Vladimir Putinin şəxsiyyəti ilə bağlı müşahidə və proqnozlarını bölüşüb.
Faktmedia.az xəbər verir ki, nun sözlərinə görə, Putin keçmiş həyatında 12-ci əsrin sonlarında yaradılmış Alman katolik təşkilatı olan Tevton ordeninin üzvü olub.
Astroloq onun mistik və gizli fonunu vurğulayır. Xüsusilə, Putinin Rusiyanın tarixinə, xüsusən də Qərb dövlətləri ilə münasibətlərinə marağı bununla izah olunur.
Gələcəyə gəlincə, Zarayev proqnozlaşdırır ki, Vladimir Putin ən azı 2024-cü ilə qədər dövlət başçısı olaraq qalacaq və Rusiya cəmiyyətinin yenidən qurulması istiqamətində fəal şəkildə fəaliyyətini davam etdirəcək. Bu yolda o, çətinliklərlə üzləşəcək, lakin məqsədlərinə çatmaq üçün hər şansı var.
Xəyalə Xəlilova