Rusiyada "WhatsApp" messenceri qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə cərimələnib.
Faktmedia.az bu barədə RİA Novostiyə istinadən yazır.
Moskva məhkəməsi "WhatsApp" MMC-ni İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilib. Şirkət üç milyon rubl məbləğində inzibati cərimə ödəməyə məcbur edilib.
Qeyd edək ki, bundan əvvəl Rusiyada "WhatsApp" yerli istifadəçilərin məlumatlarını lokallaşdırmaqdan imtina etdiyinə görə məsuliyyət daşıyırdı. 2021-ci ilin avqustunda şirkət bu pozuntuya görə dörd milyon rubl ödəməyə məcbur olub.
Havar Şəfiyeva