“Rusiyanın taktiki nüvə silahlarından istifadə təhlükəsi realdır”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
ABŞ lideri Rusiyanın öz taktiki nüvə silahlarını Belarusa yerləşdirmək üçün atdığı addımı “tamamilə məsuliyyətsiz” adlandırıb:
"Mən təxminən iki il əvvəl burada olarkən Kolorado çayının qurumasından narahat olduğumu deyəndə, hamı mənə dəli kimi baxdı. Onlar mənə Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə də dəli kimi baxdılar. Lakin bu, realdır".
Bildirilib ki, Moskva artıq Minski nüvə silahı daşıya bilən “İsgəndər” taktiki raket kompleksləri ilə təmin edib və Minskə hərbi təyyarələrini xüsusi silahlar daşımaq üçün yenidən təchiz etməyə kömək edib. Həmçinin Belarusun raket ekipajları və pilotları Rusiyada təlim keçiblər.
Qeyd edək ki, Rusiya prezidenti bəyan edib ki, Rusiya öz nüvə silahlarını iyulun 7-8-də onlar üçün qurğular hazır olduqdan sonra dərhal Belarusa yerləşdirməyə başlayacaq.
Bəsti Məmməd