“Bütün Avropada silah anbarları boşaldılıb və onları doldurmaq üçün 5 ildən 10 ilə qədər vaxt lazım olacaq”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın keçmiş baş naziri və Səs-Sosial Demokratiya Partiyasının lideri Peter Pelleqrini deyib.
O bildirib ki, - deyə pravda.sk portalı onun sözlərini sitat gətirib.
Siyasətçi düşünür ki, Slovakiya resurs çatışmazlığı səbəbindən daha Ukraynaya ciddi hərbi yardım göstərə bilməyəcək:
“Avropada silah anbarları boşaldılıb, ordular təchizatını artıracaq. Bu, 5-10 illik işdir".
Pelleqrini hesab edir ki, Ukrayna münaqişəsi Slovakiyanın müdafiə sənayesi üçün yeni imkanlar açıb.
Bəsti MƏMMƏD