Çinin Vuhan əyalətində 2019-cu ilin dekabr ayında ortaya çıxan və 2020-ci ilin yanvar ayından etibarən bütün dünyaya yayılaraq epidemiyaya səbəb olan Covid-19 virusu ilə bağlı yeni iddialar ortaya atılıb.
Faktmedia.az xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyasının yayılması ilə bağlı diqqətçəkən xəbər Britaniyanın Sunday Times qəzetindən gəlib.
Bildirilib ki, ilk halların ortaya çıxdığı Çinin Hubey əyalətinin mərkəzindəki Uhan şəhərindəki laboratoriyada epidemiyadan əvvəl yarasalardan əldə edilən koronoviruslara funksiya vermək üçün araşdırmalar aparılıb.
Wuhan Virusologiya İnstitutunda (WVI) aparılan bu tədqiqatlarda, Ağır Kəskin Tənəffüs Sindromu (SARS) epidemiyasına səbəb olan korona virusuna eyni tipli digər yoluxucu və ölümcül koronovirusların genetik hissələri əlavə edilərək 2002-2003-cü illərdə heyvanlar üzərində təcrübələr aparılıb.
Çinin cənubundakı bir mağaradan və mədəndən götürülmüş koronovirus nümunələri ilə aparılan bu tədqiqatlar ABŞ Milli Sağlamlıq İnstitutunun (NHI) verdiyi vəsaitlə həyata keçirilir, üstəlik bu vəsait Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təmin edilib. Uhanda baş verən epidemiyadan sonra Covid-19-un mənşəyi araşdırıldı. Bu, Türkiyəyə göndərilən elmi nümayəndə heyətinə rəhbərlik edən britaniyalı ekspert Peter Daszakın rəhbərlik etdiyi fond vasitəsilə təmin edilib.
Digər tərəfdən, ABŞ-ın Şimali Karolina Universitetindən virusoloq Ralph Baricin Wuhan Virusologiya İnstitutunda funksionallaşdırma tədqiqatı üçün əsas eksperimental üsullarda aparıcı rol oynadığı ortaya çıxdı.
Xəyalə Xəlilova