COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus olan SARS-CoV-2-nin tamamilə məhv edilməsi, əgər ümumiliyyətlə mümkündürsə, çox çətindir. Lakin bu infeksiyanın ictimai səhiyyə üçün yaratdığı təhlükə aradan qaldırıla bilər.
Faktmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan deyib.
"Sual ondan ibarətdir ki, bu virusun yaratdığı ictimai təhlükəni aradan qaldıra bilərikmi? Və bunun cavabı - "bəli". Bu virusu tamamilə aradan qaldıra bilərikmi? Düşünürəm, bu, əgər ümumiliyyətlə mümkündürsə, çox çətindir", - deyə o qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının proqram direktoru, koronavirusun mövsümi bir xəstəliyə çevrilib-çevrilmədiyini soruşduqda, söhbət "dalğalarla gələn dövri və ya epizodik bir xəstəlikdən" gedir.
Hava Şəfiyeva