ABŞ Silahlı Qüvvələrinin veteranı Noctis Draven Ukraynanın Qərb tərəfindən aldadılmasını qeyd edib.
Faktmedia.az xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində qeyd edib.
Amerikalı zabitin sözlərinə görə, Kiyevə 200 milyard dollara yaxın hərbi yardım Qərb vergi ödəyicilərinin fırıldaqlarıdır.
Zabit əlavə edib ki, Ukrayna Rusiya ərazisinə yalnız bir neçə dron hücumu həyata keçirməyə qadirdir:
"Davam edən əks hücumlarda Qərbin əli olmasaydı, müharibə çoxdan bitərdi"- deyə o bildirib.
Havar Şəfiyeva