Avstraliya ifrat sağçı qruplara təzyiq göstərmək məqsədilə nasist simvollarına milli qadağa tətbiq edəcəyini açıqlayıb.
Faktmedia.az xəbər verir ki, Svastika və ya SS simvollarının açıq nümayişi bir ilə qədər həbslə cəzalandırılır.
Hökumət deyir ki, nasist simvolları artıq bir çox ştatlarda qadağandır, lakin bu qərar onlara artıq heç bir yerdə icazə verilməyəcəyini bildirir.
Bu addım ölkədə son aylarda ifrat sağçı fəaliyyətlərin yenidən canlanmasından sonra atılıb.
Yeni qanunu açıqlayan Baş prokuror Mark Dreyfus deyib ki, Avstraliyada Holokost dəhşətlərini tərənnüm edən simvollara yer yoxdur:
“Biz daha insanların nasistləri və onların şər ideologiyasını tərənnüm edən əşyaların nümayişindən və satışından qazanc əldə etməsinə icazə verməyəcəyik.
Qadağa bayraqların, qolbaqların, köynəklərin, nişanların ticarəti və ictimaiyyətə nümayişini və nasist ideologiyasını dəstəkləyən simvolların internetdə yerləşdirilməsini əhatə edir”.
Qeyd edək ki, mart ayında bir qrup neonasist Melburnda keçirilən mitinqdə meydana çıxıb və Viktoriya parlamentinin pilləkənlərində nasist salamı verib.
Bəsti Məmməd