Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ukraynalı həmkarı Vladimir Zelenski ilə Kaxovka Su Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə edib və insidentin Rusiyanın iştirakı ilə araşdırılması üçün beynəlxalq komissiya yaradılmasını təklif edib.
“Prezident Ərdoğan bildirib ki, Kaxovka Su Elektrik Stansiyasında baş verən partlayışla bağlı hərtərəfli araşdırma aparmaq üçün qarşı tərəfin (Rusiya və Ukrayna), BMT və beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyənin ekspertlərindən ibarət komissiya yaradıla bilər" - Ərdoğanın bəyanatında deyilir.
Prezident Ərdoğan vurğulayıb ki, münaqişə davam etdikcə, humanitar itkilərin qarşısını almaq mümkün deyil, ona görə də danışıqlara qayıtmaq ideyası ön planda qalmalıdır.
Xəyalə Xəlilova