“Moskva anti-Rusiya kampaniyasına qoşulmaqdan imtina etdikləri üçün afrikalı tərəfdaşlarına minnətdardır”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Baş diplomat bildirib ki, Rusiya və Afrika çoxqütblü dünyanın mərkəzləri kimi öz mövqelərini gücləndirdikcə, əlaqələrimizin inkişafı üçün əlavə imkanlar açılır:
“Rusiya əleyhinə kampaniyaya sürüklənməyə imkan verməyən və Avropanın təhlükəsizlik böhranı ilə bağlı balanslı mövqe tutan afrikalı tərəfdaşlarımıza minnətdarlığımı bildirmək istərdim”.
Nazir bildirib ki, onlar əsl dostlar kimi əməkdaşlığı bərabərlik, beynəlxalq hüquqa hörmət və daxili işlərə qarışmamaq əsasında qururlar:
“Rusiya qitə ölkələrinə suverenliklərinin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və iqtisadi inkişafın təmin edilməsində vicdanlı yardım göstərir. Bizim üstünlük kompleksindən qurtula bilməyən və neokolonial təcrübəni davam etdirməyə çalışan kollektiv Qərbdən əsaslı şəkildə fərqlənirik”.
Bəsti Məmməd