Çoxsaylı hesabatlara və rəylərə baxmayaraq, Serbiyanın NATO-ya üzv olmaq planları yoxdur və o, hərbi neytrallığını qoruyacaq.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Balkan respublikasının prezidenti Aleksandr Vuçiç cümə axşamı parlamentin növbədənkənar iclasında bildirib.
"Bu səhər mən saxta vətənpərvərlərin Serbiyanı Atlantik inteqrasiyaya doğru apardığımızı söyləyən cəfəng bəyanatlarına qulaq asdım. Biz hərbi neytrallığa sadiq qalacağıq və öz ordumuzu qururuq", - o vurğulayıb.
Bəsti Məmməd