Böyük Britaniyadan olan 108 yaşlı Ada Daniel ad gününü qeyd edib və uzun ömür sürməyin gözlənilməz sirrini açıqlayıb.
Faktmedia.az bu barədə BBC News-ə istinadən xəbər verir.
Qadın 2015-ci ildən İngiltərənin Derbişir əyalətinin Kodnor kəndində qocalar evində yaşayır. Danielin 108-ci doğum günündə qurumun əməkdaşları ona sürpriz etmək qərarına gəliblər.
O, uzunömürlülüyünün sirrinin nə olduğunu soruşanda cavab olaraq, uşaqlara yox, itlərə sahib olmaq lazımdır deyə bildirib.
Qeyd edək ki, Daniel 1915-ci ildə doğulub və övladı olmayıb.
Havar Şəfiyeva