ABŞ-ın Ohayo ştatının Qoşen şəhərindəki qocalar evinin 77 yaşlı sakini özünə ərə gedib.
Faktmedia.az xəbər verir ki, bu barədə Lent.ru məlumat yayıb.
Doroti Fideli ilk dəfə 1965-ci ildə evlənsə də, doqquz il sonra boşanıb.
Bildirilir ki, qadın bütün həyatı boyu möhtəşəm toy arzusunda olub, lakin o yaşda bunu etmək mümkün olmadığını düşünüb.
Sonda qərarını dəyişən qadın qocalar evinin müdirindən nikah mərasiminin keçirilməsinə köməklik istəyib və bu nikah təntənəli şəkildə həyata keçirilib.
Sevinc Hüseynova