Böyük Britaniyada müəllim yeniyetmə ilə uyğun olmayan münasibətə görə işləmək imkanından ömürlük məhrum edilib.
Faktmedia.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Kent ştatının Northfleet şəhərindən 35 yaşlı Şennon Parsons iki il sınaq müddəti olmaqla bir il həbs cəzasına məhkum edilib. İstintaq bildirilir ki, qadın işlədiyi məktəbin 16 yaşlı şagirdini nəinki aldadıb, hətta onun valideynləri ilə də dostluq edib.
Bu müddət ərzində Parsons valideynləri işdə olarkən oğlanla evində cinsi əlaqədə olub. Müəllimin telefonunundan yeniyetməyə sevgisini etiraf edən və tezliklə onunla tək yaşamaq istədiyini bildirən mesajlar tapılıb.
Sevinc Hüseynova